
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Gununsesi.info bildirir ki, bu gün keçirilən iclasda komissiya üzvləri 100-dən çox müraciətə baxıb. Beləliklə baxılan müraciətlərin sayı 900-ə çatıb. Xatırladaq ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.
Məlumatda komissiyanın daha bir neçə iclasının olacağı ve bununla da yekun siyahının imzalanması üçün Prezidentə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, indiyə qədər keçirilən iclaslarda siyasi məhbuslarla bağlı hər hansı müzakirələr olmayıb. Gözlənilir ki, azad ediləcək siyasi məhbusların adı sərəncam günü sənədə daxil edilsin.
Gununsesi.info












