Əfvə düşən 14 əcnəbi

Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncama əsasən, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir.

Gununsesi.info xəbər verir ki, Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunub.

Müvafiq hökmlərə əsasən, cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcək .

Beləliklə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 11 nəfər əcnəbi cəzanın çəkilməmiş hissəsindən azad ediliblər:

– Əhmədov Vəli İsa oğlu, 1966-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 1 dekabr tarixli hökmü ilə məhkum edilib;

– Osmanov Roman Şaliko oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 20 may tarixli hökmü ilə məhkum edilib;

– Ramazanov Kurban Vəli oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 7 avqust tarixli hökmü ilə məhkum edilib;

– Rasulov Maqomedrasul Muxtaroviç, 1966-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilinb;

– Zhifang Lin, 1963-cü ildə anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilib;

– Vəliyev Mehralı Kamil oğlu, 1976-cı ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 21 yanvar tarixli hökmü ilə məhkum edilib;

– Məsimov Şahbədin Məsim oğlu, 1957-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli hökmü ilə məhkum edilib;

– Menglin Chen, 1988-ci ildə anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilib;

– İsmailov İsmail, 1994-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilib;

– İsayev İlham Qasım oğlu, 1981-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il 20 dekabr tarixli hökmü ilə məhkum edilib;

– Hakan Turan Serhat oğlu, 1993-cü ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2022-ci il 23 fevral tarixli hökmü ilə məhkum edilib.

– Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 əcnəbinin -1958-ci il təvəlüdlü Gürcüstan vətəndaşı Akhmedov Tafdıg Camal (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 12 iyul tarixli hökmü ilə məhkum edilib) və 1983-cü il təvəllüdlü Türkiyə vətəndaşı Yavuz Şener Süleyman oğlunun (Şəmkir Rayon Məhkəməsinin 2021-ci il 14 dekabr tarixli hökmü ilə məhkum edilib) cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

– Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir əcnəbi – Rusia vətəndaşı 1978-ci il təvəllüdlü Berest Marina Viktorovnanın cəzasının çəkilməsi təxirə salınıb. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 21 oktyabr tarixli hökmü ilə məhkum edilib.

 

Gununsesi.info