Bu gün Əfv Məsələləri Komissiyasının videoformatda növbəti iclası keçiriləcək.
Gununsesi.info-nun məlumatına görə, iclasda 100-dən çox müraciətə baxılacağı gözlənilir.
İndiyədək keçirilən iclaslarda hüquq müdafiəçiləri, Ombudsman, Milli Məclis və digərlərindən daxil olan 900-ə yaxın müraciətə baxıb.
Qeyd edək ki, qarşıdakı həftə ərzində, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti humanist addımının davamı kimi əfv sərəncamı imzalayacağı gözlənilir.
Gununsesi.info