Əfv Komissiyası 450 müraciətə müsbət rəy verdi

  • By admin
  • 11 Mart 2017 13:47

efv

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya bildirib ki, iclasda 120 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib. Bununla da komissiya işini yekunlaşdırıb.

Sonda tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq, ölkə başçısına təqdim olunacaq.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Gununsesi.info