Əfv Komissiyasına müraciətlərin sayı əvvəlki illərdən daha çoxdur- KOMİSSİYANIN ÜZVÜ

Əfv Komissiyasına müraciətlərin sayı əvvəlki illərdən daha çoxdur

Növbəti əfv sərəncamının Cümhuriyyət bayramı ərəfəsində imzalanması gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Ə.Nuriyev bildirib ki, Komissiya öz işinə davam edir:

“Müraciətlər gəlməkdədir. Daxil olan müraciətlərə baxılaraq müvafiq rəylər hazırlanır. Güman edirik ki, Cümhuriyyət bayramı ərəfəsində cənab prezident tərəfindən növbəti əfv sərəncamının imzalanmasının şahidi olacağıq”.
Komissiya üzvü deyib ki, budəfəki əfv miqyasına görə geniş olacaq:

“Bildiyiniz kimi, ötən il imzalanan əfv sərəncamında 423 nəfərin adı vardı. Güman edirəm ki, bufədəki sərəncam da miqyaslı ola bilər. Amma indidən dəqiq siyahı və say söyləmək düzgün olmaz. Bu, ölkə rəhbərinin səalhiyyətində olan məsələdir. Və kimlərin əfv olunacağını sərəncam imzalandıqdan sonra bilmək mümükün olacaq”.

Qeyd edək ki, növbəti əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilirdi. Komissiyadan Modern.az-a verilən məlumata görə, müraciətlər həddindən çox olduğundan, onların hamısına baxılaraq rəy hazırlanması qısa zamanda mümkün olmayıb.

Xatırladaq ki, respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, işi yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib.

Gununsesi.info

COMMENTS