Əfv Komissiyasının iclaslarında baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verilib - ƏLİMƏMMƏD NURİYEV

  • By admin
  • 02 Mart 2017 16:56

efv

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Əlməmməd Nuriyev Gununsesi.info-ya deyib ki, iclasda 130 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda baxılan 480 müraciətinin əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.

Gununsesi.info