Əfv sərəncamı daha beş cəzaçəkmə müəssisəsində icra olunub – YENİLƏNİB

  • By admin
  • 19 Mart 2021 11:38

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin daha dörd cəzaçəkmə müəssisəsində də icra olunub.

Gununsesi.info-nun məlumatına görə, 6 saylı cəzaçəkmə müəssisəsindən 26 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb. Daha 14 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

9 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı ümumilikdə 8 nəfərə şamil olunub. Onlardan beş nəfəri azadlığa buraxılıb, üç nəfər məhbusun isə cəza müddəti azaldılıb.

17 saylı cəzaçəkmə müəssisəsindən isə sərəncam şamil edilən 13 nəfərdən 11 nəfər azadlığa buraxılıb, iki nəfər məhbusun isə cəzası azaldılıb. Azadlığa buraxılanlardan üçü əcnəbi – Əfqanıstan, Gürcüstan və İran vətəndaşlarıdır.

15 saylı cəzaçəkmə müəssisəsində sərəncamla 18 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb. Daha iki nəfər məhkumun isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

10:33

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

Gununsesi.info-nun məlumatına görə, 16 saylı Cəzaçəkmə Müəssisəsində sərəncam 14 nəfərə şamil olunub.

Onlardan 12 nəfər azadlığa buraxılıb, iki nəfər məhkumun isə cəzası azaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.