Əfvin icrası zamanı Penitensiar Xidmətdə görünməmiş olay - MƏHKUMLAR KÜTLƏVİ ŞƏKİLDƏ "KARSA" SALINDI

  • By admin
  • 09 May 2023 12:31

Dünən Prezident İlham Əliyevin imzaladıığı əfv sərəncamının icrası həyata keçirilib.

 Milli Məclisin üzvləri, QHT təmsilçiləri və media mənsubları da  Penitensiar Xidmətin müxtəlif cəzaçəkmə müəssisələrində və müalicə müəssisəsində bu prosesdə iştirak edib.

HTML tutorial

Gununsesi.info-nun xəbərinə görə,  əfvin icrası zamanı deputatlara və jurnalistlərə yaxınlaşan məhkumlar sonradan cəzalandırılıb.

Belə ki, fürsətdən istifadə edib deputatlara və jurnalistlərə yaxınlaşaraq azadlığa çıxmaları üçün hüquqi kömək edilməsini xahiş edən və məktublar verən məhkumların bu davranışı onlara baha başa gəlib.

Həmin məhkumlar saxlanıldıqları müəssisənin cəza kamerasına salınıb.

Müalicə Müəssisəsində olanların  isə müayinə və müalicəsi yarımçıq saxlanılıb və onlar  cəzaçəkmə müəssisələrinə qaytarılıb.

Elmar Elnuroğlu