Əgər bu layihə özünü doğrultsa - ELXAN ƏSƏDOV

  • By admin
  • 15 Mart 2017 13:17
ELXAN
Bakının 1-ci mikrorayonun yenidən qurulması pilot layihədir.  
Gununsesi.info xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
Onun sözlərinə görə, bu  pilot layihədir:
“Əgər bu layihə özünü doğrultsa, o zaman bu  proses Bakının digər mikrorayonlarını da əhatə edəcək”.
E.Əsədov deyib ki,   1-ci mikrorayonda  tikiləcək yeni mənzillərə 1729 ailənin yeni mənzillərə köçürülməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, yeni tikiləcək binaların sayı 30-u keçməyəcək və binalar 1-2 bloklu olacaq. 
E. Əsədov qeyd edib ki, tikinti işləri 29 hektar ərazini əhatə edəcək, ərazidəki yeni binalar isə sökülməyəcək.   
Gununsesi.info