Əgər bu olmasa, Paşinyan seçkilərdə səs toplaya bilməyəcək

  • By admin
  • 30 Aprel 2022 14:07

“Ermənistanda keçirilən mitinqlər birbaşa Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin bağlanmasına qarşı keçirilir. Bu proses məhz Kreml tərəfindən idarə edilir”. 

Bunu Publika.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, məqsəd Nikol Paşinyanı Azərbaycanla normallaşma prosesindən çəkindirməkdir: “Qarabağ klanı və Daşnaksütyun partiyasi fəallıq göstərir. Amma erməni elektoratının tam dəstəyini ala bilməyəcəklər. Ümumiyyətlə, Paşinyan üçün bu kimi etirazlar onun manevr imkanlarını genişləndirir. Lakin bu da Ermənistanın əleyhinədir”.

M.Əsədullazadə vurğulayıb ki, əgər, Paşinyan sülh müqaviləsi bağlamasa və ölkəsi iqtisadi blokadada qalarsa, sabah əhali etiraz aksiyasına qoşulacaq. Məhz müxalifət də çalışır ki, Paşinyan Azərbaycan və Türkiyə ilə sülh bağlamasın, iqtisadi blokada davam etsin. Nəhayət, xalq ayağa qalxsın. Ona görə də bu mitinqlər buna hesablanıb. Rusiyadan da hələki tam dəstək ala bilmir. Ermənistan əhalisi ona görə Nikol Paşinyanı hakmiyyətə gətirib ki, o, ölkəni inkişaf etdirsin. Bu olmayacaqsa, onda növbəti seçkilərdə səs ala bilməyəcək”.

Gununsesi.info