“Əgər Fondun bir qəpik pulu lazım olmayan yerə getsə…” — Fərhad Bədəlbəyli DANIŞDI

  • By arzu
  • 06 May 2020 10:43

“Bəzi adamlar deyirlər ki, koronavirus boş şeydir, inanmayın. Amma bu, düzgün yanaşma deyil”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Koronavirusla Mübarizəyə dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli bildirib.

O qeyd edib ki, bu böyük bir bəladır:

“Bu xəstəliyə ciddi yanaşmaq lazımdır. Bəziləri telekanallarda əyləncə verilişlərinin verilməsindən danışırlar. Bu gün bizə ciddi kliplər lazımdır. Əyləncə məsələsi sonraya qalsın”.

F.Bədəlbəyli əlavə edib ki, bu gün telekanallarda ciddilik çatmır:

“Fondun əsas işi təbliğat olacaq. Fonda hər kəs ödəniş edib. Bu 1 manat da, 15 manat da, 15 min manat da olub. Əgər Fondun bir qəpik pulu lazım olmayan yerə getsə, bütün azərbaycanlılara təhqir olacaq”.

Gununsesi.org