Əhəd Abıyev səyyar qəbul keçirdi- FOTOLAR

Əhəd Abıyev səyyar qəbul keçirdi

Zinzahal kəndində açıq havada baş tutan görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

 Gununsesi.info xəbər verir ki, növbəti səyyar qəbul fevralın 21-də rayonun ucqar dağlıq ərazisində yerləşən Zinzahal kəndində keçirilib.

  Açıq havada baş tutan görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev keçirilən səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, onların həlli istiqamətində kompleks addımların atılması olduğunu qeyd edib. 

Belə görüşlərin ölkə Başçısı çox hörmətli cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən Əhəd Abıyev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının daim diqqət mərkəzində saxlanıldığını deyib.

Rayon rəhbəri xüsusilə vurğulayıb ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ilin aprelin 2-də imzaladığı Sərəncamla 3 min nəfərdən çox əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu avtomobil yolunun tikintisinin yüksək səviyyədə aparılaraq başa çatdırılması nəticəsində Zinzahal kəndinin də bu sahədə olan problemi  tam öz həllini tapmış,  ərazidə yeni iş yerlərinin yaranmasına, kənd camaatının daha yaxşı yaşamasına və təsərrüfatlarını genişləndirməsinə şərait yaranmış, insanların gediş-gəlişi asanlaşmışdır.

Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev istər şəxsi, istərsə də kəndlə bağlı müraciəti və təklifi olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib.

Sakinlər təkliflərini səsləndiriblər. Onlar respublikamızda və eləcə də rayonumuzda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Kənd sakinlərindən çıxış edənlər müraciətlərində kəndə təbii qaz xəttinin çəkilişinə, kənd tam orta məktəbinin əsaslı təmirinə, işlə təmin olunmağa, kənddə tibb məntəqəsi və uşaq bağçasının tikintisinə, nasaz elektrik dirəklərinin dəyişdirilməsinə, genişzolaqlı internet xəttinin çəkilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib.

Gununsesi.info

 

COMMENTS