Əhali 1.5 mlrd. əmanətini banklardan geri çəkdi

  • By admin
  • 04 Oktyabr 2016 12:05

emanet

Oktyabrın 1-nə əhalinin bankalara yatırdığı əmanətlərin həcmi  7 milyard 931 milyon manat təşkil edib.

Gununsesi.info bunu Azərbaycan Mərkəzi Banka istinadən bildirir.

Əmanətlər sentyabrın 1-nə olan  ayına nisbətən, 88 milyon manat və ya 1.1 faiz artıb.  Amma ilin əvvəlindən hesabat dövrünədək  1.5 milyard manatdan çox  (16.2 faiz) əmanət geri çəkilib.  Qeyd edək ki, yanvarın 1-nə fiziki şəxslər tərəfindən banklara yatırılan əmanətlərin həcmi 9 milyard 473 milyon manat olub.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info