
Ölkənin kommersiya banklarına qoyulan depozitlərin həcmi azalıb. Gununsesi.info-nun Azərbaycan Mərkəzi Banka istinadən veridiyi məlumata görə,bu ilin dörd ayında banklara yatırılan depozitlərin həcmi 22.5 milyard manat olub. Eyni ayla nisbətdə, apreldə 560 milyon manatdan çox azalma baş verib.
Azalma daha çox əhali qrupunun banklara yatırdığı əmanətlərdə görünür. İlin əvvəli ilə müqayisə də banklardan geri çıxarılan əmanətlərin həcmi 1.7 milyard manat və ya 18.8 faiz olub. Azalmalar həm milli, həm də xarici valyutada baş verib. Ekspertlərin fikrincə, həm kredit, həm də əmanət qoyuluşlarının azalması ölkənin maliyyə və iqtisadiyyatın real sektorunda ciddi risklər yaradır
L.Səlimli
Gununsesi.info