Əhali banklardan 1, 6 milyard manatını geri çəkib

  • By admin
  • 07 Noyabr 2016 12:30

manat

Əmanətlərin 82 faizi xarici valyutada saxlanılır.

Əhalinin banklara inamıgetdikcə daha da azalır.

 Gununsesi.info Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki, fiziki şəxslər banklardan bir ay ərzində 118 milyon manat əmanət geri çəkiblər. Belə ki, noyabrın 1-nin məlumatına görəəhali tərəfindən kommersiya banklarına yatırılan əmanətlərin həcmi 7 milyard 813 milyon manat təşkil edib. Ondan əvvəlki aylarda isə bu rəqəm 7 milyard 931 milyon manat olub.

İlin əvvəlindən isə fiziki şəxslər tərəfindən 1 milyard 660 milyon manat əmanət geri çəkilib.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, xarici valyutada yatırılan əmanətlərin həcmi 6.3 milyard manat və 82 faiz təşkil edir. Manatla yatırılan vəsaitlərin həcmi isə 1.4 milyard olmaqla, ümumi protfeldə  18 faizə qədər düşüb.

Vüsalə Rüstəmova

Gununsesi.info