Əhali bu il ərzağa 14,2 mlrd. manat xərcləyib

Əhali bu il ərzağa 14,2 mlrd. manat xərcləyib

2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3% üstələyərək 30,9 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, ticarət dövriyyəsinin 15 mlrd. 623,8 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,239 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 2,7% üstələyib.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

 

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 30 862,8 102,3
o cümlədən:
ərzaq məhsulları 14 188,6 102,0
içkilər və tütün məmulatları 1 435,2 100,9
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 667,2 103,1
elektrik malları və mebellər 1 930,8 102,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 228,2 101,5
əczaçılıq və tibbi mallar 423,2 101,4
avtomobil yanacağı 1 651,0 99,8
digər qeyri-ərzaq məhsulları 5 338,6 103,6

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46%-i ərzaq məhsullarının, 4,6%-i içkilər və tütün məmulatlarının, 18,4%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının 12%-i ticarət müəssisələri, 53,9%-i fərdi sahibkarlar tərəfindən, 34,1%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 9,7%, fərdi sahibkarlar üzrə 1,3%, bazar və yarmarkalar üzrə 1,5% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  288,3 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları  alıb.

Gununsesi.info

COMMENTS