“Əhali karantin günlərində kommunal xərclərdən azad olunmalıdır“ – Deputatdan ÇAĞIRIŞ

  • By admin
  • 20 İyun 2020 15:24

“Bilmirəm, bizdə ayrı-ayrı xidmət sahələrində hesablamalar necə aparılır, ancaq bu karantin rejimində evdə qalan insanların içində aztəminatlı və yardıma ehtiyacı olan ailələr 14 gün ərzində sərf etdikləri elektrik, qaz və su ilə bağlı ödəməlirindən azad olunmalıdır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa iki həftəlik karantin müddəti ilə bağlı deyib.

“Yayda xüsusilə elektrik və su sərfiyatı kəllə-çarxa çıxacaq. Bu ehtiyacı olanlar həmin 190 manatı alan, yaxud da bunu gələcəkdə alması nəzərdə tutulan, bir də müddətli sosial müavinət alan vətəndaşlardır. Bu güzəştə hamını ona görə qatmaq olmaz ki, imkanı olan təbəqə fürsətçilik etməsin, dövlətimizin bu çətin durumunda ödənişlərini vaxtlı-vaxtında etsin ki, sıxıntıların masştabı bir qədər azalmış olsun. Bu çox önəmli məsələdir, çünki bir çox insanlar məhz bu amili əsas götürüb təcridolunma tədbirindən gileylənirlər. Burada haqlılıq payı olsa da, əsas hədəfimiz təcrid olunaraq sağlamlığımızın qorunması üçün bütün boşluqları bəri başdan məqsədyönlü şəkildə doldurmaqdır”, – deyə deputat sözlərinə əlavə edib.

Gununsesi.org