Əhalinin bağlanan banklara nə qədər əmanəti qalıb? - ELMAN RÜSTƏMOV AÇIQLADI

  • By admin
  • 06 May 2020 22:03

“Bu gün təxminən onminlərlə insanın öz əmanətlərinə çıxış imkanları yoxdur. Faktiki olaraq həmin insanların o banklarda əmanətləri yoxdur”.

Gununsesi.org  xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə açıqlamasında bildirib.

Bankların bağlanmasını şərh edən baş bankirin sözlərinə görə, əmanətlər banklar tərəfindən itirilib:

“Təbii ki, bunu bərpa etmək lazımdır. Əhalinin burada günahı yoxdur. Bu, bütövlükdə 680 milyondan yuxarı vəsaitdir. Biz bu məbləği diriltməklə kreditləşmə potensialı yaradacağıq”.

Gununsesi.org