Mərkəzi Bankın məlumatına görə, martın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 101,8 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azdır.
Gununsesi.info-nun məlumatına görə, Dövlət Statistika Komitəsindən bildiriblər ki, əmanətlərin 79,4 faizini xarici, 20,6 faizini isə milli valyuta depozitləri təşkil edib. Əmanətlərin 76,2 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.
Gununsesi.info