Əhalinin rifahının bu səviyyədə pisləşməsi son 15 ildə müşahidə edilməmişdi - EKSPERT

  • By admin
  • 19 İyun 2022 12:33

“Statisitkanın yüksək artm rəqəmlərinə baxmayaraq əhalinin rifahı pisləşir”.

Gununsesi.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev 2022-ci ilin büdcə dəyişikliyi ilə bağlı parlamentə daxil olan sənədləri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, büdcə gəlirləri təsdiqlənmiş variantla müqayisədə təxminən 9% və ya 2.3 mlrd. manat artırılır: “Büdcəni böyüdən əsas amil yüksək inflyasiyadır. Bu faktı elə gömrük yığımlarına münasibətdə aydın görmək olur. Yeni büdcədə gömrük orqanlarına 335 mln. manat əlavə öhdəlik müəyyən edilib. 2022-ci ilin 4 ayının nəticələrinə görə isə gömrük idxalı real ifadədə 5% azaldığı halda, qiymət artımı nəticəsində nominal ifadədə 20% artıb.

Bu faktı göstərir ki, təkcə idxal mallarının bahalanması il ərzində cibimizdən 400 mln. manata yaxın əlavə pul çıxaracaq”.

R.Ağayevin sözlərinə görə, Azərbaycanın istehlak bazarının idxaldan yüksək asılılığı var: “İdxalın real həcminin azalması ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin azalmasına işarə edir. Yəni, statisitkanın yüksək artm rəqəmlərinə baxmayaraq əhalinin rifahı pisləşir. Azərbaycanda kəmiyyətcə iqtisadi böyümənin həyat səviyyəsilə əlaqəsinin indiki səviyyədə itməsi son 15 ildə müşahidə edilməmişdi”.

Günay
Gununsesi.info