Rusiya Dövlət Televiziyası, “Rossiya-24” 3-cü Dünya Müharibəsi başlayarsa xalqa nə kimi təhlükəsizlik tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edib.
Gununsesi.info “Rossiya-24”-ə istinadən xəbər verir ki, son günlər Suriyada baş verən hadisələrə görə, Birləşmiş Ştatlar və Rusiya arasında böhranın daha da dərinləşməsi iki ölkə arasında müharibə təhlükəsi yaradıb.
Rusiya Dövlət Televiziyası ictimaiyyəti nüvə hücumları barədə xəbərdar edib və onları ərzaq ehtiyatları toplamağı təklif edib.
“Rossiya-24” xəbər kanalının aparıcısı Alexey Kazakov, 3-cü dünya savaşı və nüvə hücum vəziyyətində xalqa nə etmələri lazım olduğunu izah edib.
Aparıcı sonda əhalini ərzaq məhsullarının tədarükü görməyi təklif edib.
Gununsesi.info