XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

22 Sentyabr 2017 - 14:54

Əhməd Əhmədzadə 3 milyardı necə xərcləyib?- SUVARMA SİSTEMİ NORMAL QURULMAYIB, SU KANALLARI KÖHNƏ OLDUĞUNDAN...

ehmedzade

Bu aylarda havaların quraqlıq keçməsi kənd təsərrüfatı sahəsində çalışanları çətin vəziyyətə salıb. Hazırda payızlıq əkin dövrünün olduğunu nəzərə alsaq, o zaman mövcud quraqlığın məhsuldarlığa ciddi zərbə vuracağını demək olar. Artq pambıq, üzümçülük, taxılçılıq, kartof sahədlərində susuzluq böhranı yaşanmaqdadır.

Cəlilabad rayondan olan fermerlər Gununsesi.info-ya açıqlamalarında suvarma sistemində problem yaşadıqlarını dilə gətirirlər. Eyni vəziyyət digər rayonlarda da hökm sürməkdədir.

İllərdir ölkənin suvarma sisteminə milyonlarla vəsait ayrılsa da, yeni layihələr həyata keçirilsə də, təəssüf ki, aqrar sektordakı suvarma sistemində yaranmış problemi tam həll etmək mümkün olmayıb. Məsələn, təkcə bu il əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün prezidentin ehtiyat fondundan Əhməd Əhmədzadənin sədri olduğu “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 10,5 milyon manat vəsait ayrılıb.

“Meliorasiya və Su Təsərrüfatı”na ayrına vəsaitlər tək bununla bitmir. ASC-yə həm büdcədən kifayət qədər vəsait ayrılır, həm xarici kreditlər hesabına vəsait daxil olur. Eyni zamanda Dövlət Neft Fondu illərdir ki, Samur-Abşeron suvarma kanalının tikintisinə milyarlar xərcləyir.  Məsələn, 2005-ci ildən bəri ASC-yə ayrılan xərclərə nəzər yetirək:

– Hesablama Palatasının 2016-ci il hesabatında göstərilirdi ki, Maliyyə Nazirliyi 55.2 milyon manat kredit ayırıb.

– Prezidentin Ehtiyat Fondundan 10.5 milyon manat

– Dövlət büdcəsinin investisiya xərclərindən 1.5 milyard manat

– Dövlət Neft Fondundan Samur-Abşeron kanalının tikintisi üçün isə 1.3 milyard manat ayrılır.

Təəssüf ki, xarici maliyyə mənbələrindən alınan kreditlərin həcmi barədə məlumat əldə bilmədik. Bütün bu vəsaitlərin ayrılmasında məqsəd ölkənin suvarma sistemini tam qurmaq, fermerlərin təbiət hadisələrindən asılı qalan ümidlərini (yəni yağışın yağmasını gözləmələrini) azaltmaqdır.

2005-ci ildən bəri meliorativ sistemə qoyulan bu yatırımla nələrə nail olmuşuq? Niyə əkin sahələri hələ də susuz qalıb?

Kənd təsərrüfatı üzr əmütəxəssis Vahid Məhərrəmov Gununsesi.info-ya açıqlamasında bildirdi ki, həm məhsul istehsalı, həm də heyvandarlıq sahəsində suvarmaya olan ehtiyac 3.3-3.5 milyard kubmetrdir: “Bu qədər su ilə indiki istehsalı 2 dəfə artıra bilərik. Azərbaycanda isə 30 milyard kubmetrdən artıq su ehtiyatı var. Təxminən 10 dəfədən çox su resursumuz olduğu halda, biz bu resurslardan istifadə edə bilmirik, itkiyə gedir, eyni zamanada yağış sularını da yığmırıq”.

V.Məhərrəmov qeyd etdi ki, suvarma sistemi normal qurulmayıb, su kanalları köhnə olduğundan sızmalar baş verir: “Selləmə suvarma əslində, su itkisi deməkdir. Dünyada suvarmada ən çox itkisi Azərbaycandadır. Uzun müddətdir ki, mətbautda bu məsələ qaldırılsa da, hökumət heç bir addım atmır. Deməli, oliqarx məmurlar harda su var, o ərazilərdə böyük torpaq sahələri alıblar. Sonra büdcə hesabına kanallar çəkdirib, orada suvarma sistemi qurdururlar. Doğrudur, burada isə 200-300 min hektarlıq kiçik bir sahədən söhbət gedir. Halbuki, suvarılan ərazimiz 1.4 milyon hektardır. Qalan ərazilərdə isə ciddi su problemi yaşanır”.

Mütəxəssis bildir ki, hazırda milyardları udan Samur-Abşeron kanalı cəmi 50-60 min hektarlıq ərazinin suvarmasını təmin etmək gücündədir. Onun sözlərinə görə, əsas su çatışmazlığı Aran bölgələrində hökm sürür: “Hazırda iqlim dəyişikliyi baş verdiyi üçün dağətəyi ərazilərdə də suvarma sisteminə ehtiyac yaranıb. Ot örtüyü məhv olur, ağaclar quruyur,  kolluqlar sıradan çıxır. Həmin ərazilərdə eroziya prosesi başlayıb. Ölkəni hələ çox acınacaqlı günlər gözləyir”.

Vüsalə Rüstəmova

Gununsesi.info




loading...
Loading...