Əhməd Cavadın səhnələşdirilən “Şəhidlər” şeiri Türkiyədə böyük marağa səbəb oldu – VİDEO KLİP

  • By admin
  • 15 Noyabr 2020 16:37

Əhməd Cavadın “Şəhidlər” şeiri Türkiyədə səhnələşdirilib. Azərbaycanın tanınmış yazıçısı Əhməd Cavadın nəvəsi Anar Axundzadə sosial şəbəkə hesabında milli ruhda vətənpərvər video paylaşıb.

Azərbaycanın Qarabağ bölgəsində vətən uğrunda gedən döyüşlərdə vuruşan və şəhid olan igidlərə həsr edilən görüntülərdə səsləndirilən mahnı Aygün Səmədzadə tərəfindən bəstələnib. “Ey vəfakar Vətən övladı!” misrası ilə başlanan musiqili video material Türkiyədə geniş ictimaiyyətin marağına səbəb olub. Bununla bağlı Türkiyənin Habel Global Telekanalı yayım edib.

Gununsesi.org