Əhməd Davudoğlu Tokayevin KTMT-yə müraciətindən TƏƏSSÜFLƏNİB

Türkiyənin sabiq baş nazairi Əhməd Davudoğlu Qazaxıstanda baş verənlərə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Ə.Davudoğlu Tvitter-də yazıb:

HTML tutorial

“Türk dünyasının mərkəzi ölkəsi olan Qazaxıstanın Ermənistanın sədrlik etdiyi KTMT-yə yardım üçün üz tutduğuna görə təəssüflənirəm”.

Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri vəzifəsini tutub. 2014-2016-cı illərdə hakim Ədalət və İnkişaf Partiyasınn sədri olub. 2016-cı ilin mayın 22-də baş nazir vəzifəsindən istefa verib.

O, 2019-cu ilin sentyabrın 13-də Ədalət və İnkişaf Partiyası üzvlüyündən çıxıb. Həmin dekabrın 13-də paytaxt Ankarada özünün yaratdığı Gələcək Partiya adlı siyasi təşkilatın təqdimatını keçirib.

Gununsesi.info