Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun qardaşı FETÖ əməliyyatı çərçivəsində saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə tanınmış yazar İsmət Özçelik Aydınlıq qəzetində dərc olunan köşə yazısında məlumat verib.
Jurnalistin iddiasına görə, sabiq baş nazirin qardaşı qısa müddət sonra sərbəst buraxılıb:
“Keçmiş baş nazir Əhməd Davudoğlunun səsi çıxmır. Ancaq Ankara kulislərində çox ilginc bir məlumat dolaşır. Deyilənə görə, bir neçə gün öncə Davudoğlunun qardaşlarından biri FETÖ əməliyyatında saxlanılıb.
Xəbəri dəqiqləşdirmək üçün Davudoğluya yaxın bir şəxslə əlaqə saxladıq. “Düzdür saxlanılıb, ancaq qısa müddət sonra sərbəst buraxılıb”, – cavabını verdi.
Həbs tarixi dəqiq bilinmir, gizli saxlanılır. Ancaq keçmiş prezident Abdullah Gülə yaxın iş adamlarının kütləvi həbsi hər şeyi aydınlaşdıracaq. Gül və Davudoğlunun yaxın çevrəsinin eyni anda hədəfə gəldiyi təxmin edilir”.
Gununsesi.info