Sabiq baş nazir Əhməd Davudoğlunun iş yeri bəlli oldu. Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Əhməd Davudoğlu baş nazir postunu və AKP sədrliyindən istefa verdikdən sonra onun partiyada göstərəcəyi fəaliyyət və otağı bəlli deyildi. Artıq Ə.Davudoğlu baş naziri Binəli Yıdırımın əyləşdiyi mərtəbədə geniş sahəyə malik 3 otaqlı bir ofisdə əyləşəcək. Hansı ki, əvvələr bu ofisdən AKP-nin araşdrma komissiyaları fəaliyyət göstərib. Hazırda Ə. Davudoğlunun ofisində xırda təmir işləri gedir. Otaqların birində Davudoğlunun katibliyi yerləşəcək. Davudoğlu növbəti həftə öz ofisinə yerləşəcək və millət vəkili olaraq fəaliyyətini burada davam etdirəcək.
Gununsesi.info