Əkrəm Əylisli prokurorluğa çağırılıb

  • By admin
  • 05 Sentyabr 2016 18:41

ekrem

Yazıçı Əkrəm Əylisli Bakı şəhər Prokurorluğuna çağırılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov açıqlamasında bildirib ki, sentyabrın 6-da prokurorluğa dəvət olunduqlarını deyib.

Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev beynəlxalq hava limanında saxlanılıb, sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Gununsesi.info