Çingiz Abdullayev deyib ki, onu efirdən tənqid edən jurnalisti məhkəməyə verəcək. Görünür, xalqın yazıçısı hər bir kəsin İfadə Azadlığı hüququnun olmasının fərqində deyil.
Çingiz müəllimə Avropa Konvensiyasının 10-u maddəsini xatırladaq: Maddə 10 – Fikri ifadə etmək azadlığı
1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir.
Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təminetmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Yerigəlmişkən, Əkrəm Əylisli “Daş Yuxular” romanına görə linç ediləndə, kitablarından tonqal qalananda Çingiz Abdullayev həmkarını müdafiə etmək əvəzinə ona qarşı kampaniyaya qoşulmuşdu..
Pərviz Həşimli
Gununsesi.info