
Gununsesi.info bildirir ki, Milli Məclisin martın 4-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsinin müzakirsi zamanı həlli təxirəsalınmadan vacib olan bir sıra məsələlər qaldırdı.
Əli Məsimli bildirib ki, əhali tərəfindən Ombudsmanın ünvanlanan müraciətlərin bir hissəsi mahiyyət etibarı ilə deputatlara ünvanlanan müraciətlərlə üst-üstə düşür. Onların arasında məhkmə qərarlarının icrası ilə bağlı problemlər xüsusi yer tutur. Ona görə də məhkmə qərarlarının icrası ilə bağlı problemlərin çözülməsi istiqamətində islahat xarakterli təsirli tədbirlərin görülməsinə ehtiyac var.
Əli Məsimli əlavə edib ki, vətəndaşların narazılığına səbəb olan məsələlər arasında Sosial Ekspert Komissiyasının fəaliyyətindən olan şikayətlər də çoxluq təşkil edən müraciətlər sırasındadır. Ona görə də aidiyyatı orqanlar əlilliklə bağlı yaranan problem və narazılıqların aradan qaldırılması istiqamətində də səylərini artırmalııdr.
Deputat xüsusi vurğuladı ki, Ombudsmanın ünvanına daxil olmuş müraciətlərlə yanaşı, deputatlara müraciətlərdə də işlə təmin edilmə məsələləri çoxluq təşkil edir. Çünki hazırda insanları narahat edən ən ciddil problümlərdən biri işlə təmin olunmaqdır.Bu sahədəki təhlillər göstərir ki, məşğulluq orqanları tərəfindən, xüsusilə kənd rayonlarında vətəndaşlara, ən yaxşı halda bir qayda olaraq, fəhlə, bağban, xadimə, mövsümi və ictimai işlər və s. təklif edilir.Bir çox hallarda təklif olunan işlər üzrə əməkhaqqı az olmaqla yanaşı, bu iş yerləri yaşayış yerindən olduqca uzaqda olur.Bu isə vətəndaşların haqlı olaraq təklifdən imtina etməsinə və işsiz qalmasına səbəb olur. Əksər hallarda isə vətəndaşların işlə təmin olunma məsələsi üzrə müraciətlər cavabsız qalır,ya da ki, müraciətə cavablarda obyektivlikdən uzaq bəhanələr gətirilməklə kifayətlənilir. Ümumiyyətlə,xüsusən də şəhid ailələrinin üzvlərinin, qazilərin işlə təminatı məsələsində ciddi irəliləyişlərə nail olmaq üçün bürokratik əngəllərin aradan qaldırılması və bu məsələyə həssas yanaşılması çox vacibdir. Vətəndaşların işsizliklə bağlı müraciətlərinin müsbət həlli üçün vacib məqamlardan biri də iş yerləri və mövcud vakansiyalar haqqında ətraflı və şəffaf informasiyanın olmasıdır.
Əli Məsimli öz çıxışında bir vacib məqama da toxundu və qeyd etdi ki,xüsusi prezident sərəncamı ilə Müdafiə Nazirliyi və digər qurumlar üzrə “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin edilib.Bunu müsbət qiymətləndirən millət vəkili müharibədə iştirak edən könüllü döyüşçülərin məsələsinin açıq qalmaması üçün bununla bağlı addım atılmasının vacib olduğunu, həmin məsələnin çözülməsinin sürətləndirilməsinə dair əsaslandırmalar və təkliflərin hazırlanmasını məqsədəuyğun hesab etdi.
Əli Məsimli bildirdi ki, Məruzədə göstərilib ki, 2019-cu ildə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın müəyyən edilməsi üzrə komissiyaların fəaliyyətinin yekunlaşdırılması və müvafiq müddət ərzində aidiyyəti üzrə müraciət edilməməsi səbəbindən qeydiyyata alınmayan, mövcud problemdən əziyyət çəkən vətəndaşların qəzalı vəziyyətdə olan evinin bərpa edilməsi, yaxud da yenidən tikilməsi üzrə tədbirlərin görülməsi məqsədi ilə Ombudsman Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmişdir.Deputat əlavə etdi ki,bu hal Şəki, Öguz, Qax, Zaqatala və digər rayonlar üçün də xarakterik olduğundan,
respublikanın ayrı-ayrı bölgələrində müxtəlif vaxtlarda baş vermiş təbii fəlakətlər (zəlzələ, sel, leysan yağışları, tufan, sürüşmə və s.) nəticəsində qəzalı vəziyyətə düşmüş və hələ də bərpa edilməmiş evlərin müvafiq komissiyaların fəaliyyəti çərçivəsində aşkar edilərək qeydiyyata alınması, habelə bərpası yaxud da yenidən tikilməsi üzrə tədbirlərin görülməsini vacib hesab edirik.
Əli Məsimli çıxışının sonunda bir sıra məktəblərin qəzalı vəziyyətdə olduğunu və bunun orada oxuyan şagirdlərin həyatı üçün ciddi təhlükə törətdiyini və tədris prosesinə mənfi təsir etdiyini diqqətə çatdırdı və qəzalı vəziyyətdə olan məktəblərin bərpası və ya yeni məktəblərin tikilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməsini zəruri hesab etdi.
Gununsesi.info