Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, sürüşmə ilə bağlı danışıqlar davam etdirilir: “Sakinlərin evlərinə köçməsi ilə bağlı müraciətlərə baxılır. Problem ondan ibarətdir ki, ərazidə sürüşmə zəifləsə də, proses hələ dayanmayıb. Alimlər sakinlərin evlərinə qayıdıb yaşamasına icazə verməyimiz üçün rəy verməlidirlər. Bu, adi məsələ deyil. Fikrimcə, qısa vaxtda problem öz həllini tapacaq”.

 Xatırladaq ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib. Sərəncamla 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.

Gununsesi.info