Əks-göstəriş sertifikatı almaq asanlaşdı

  • By admin
  • 13 Dekabr 2021 14:20

COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, aşağıda qeyd olunmuş vətəndaşlar bu tətbiq vasitəsilə “Əks- göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.

HTML tutorial

-Hamilə qadınlar;

-Dağınıq skleroz;

-Süd verən analar.

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.

Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.

Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.

Gununsesi.info