Ələ keçən fərari polkovnik ABŞ-ın PKK-ya yardımları və təxribatlardan danışdı

  • By admin
  • 14 Mart 2020 14:34
Suriya silahlı qüvvələrinin fərariliyinə görə həbs edilən keçmiş polis polkovniki Sultan Aid Abdella Səuda Suriya xüsusi xidmət orqanlarına verdiyi açıqlamada ABŞ ordusunun öz nəzarətində olan yaraqlıları Et-Tanf ətrafındakı 55 kilometrlik bölgədən kənara, xüsusilə, İdlibə təxribat törətmək üçün göndərdiyini bildirib.
Gununsesi.org xəbər verir ki, Səuda fevral ayında Dəməşqin nəzarətində olan əraziyə qayıtmaq istəyərkən tutulub. Fərari polkovnik yaraqlılara qoşulduğunu və Amerika təlimçiləri tərəfindən öyrədildiyini deyib. Keçmiş polkovnikin sözlərinə görə, o, 500 dollar maaş alıb.

 

Onun sözlərinə görə, təxribatçılar Fərata əsasən neft obyektlərində təxribat törətmək üçün göndərilib. Ayrıca o bildirib ki, ABŞ qəfildən maliyyəni kəsib və daha çox pul qazanmaq istəyənlərin 55 kilometrlik bölgədən kənarda əməliyyatlar icra etməli olduğunu elan edib. Polkovnik hərbçilərin bir hissəsinin Hasek vilayətinə, qalan hissəsinin İdlibə göndərildiyini iddia edib.
Səud yaraqlılar arasında xarici vətəndaşların olduğunu və fərqli ölkələrdə onlar üçün hazırlanan silahların Səudiyyə Ərəbistanı və İordaniya vasitəsi ilə gətirildiyini də bildirib.
Xatıladaq ki, ABŞ-ın istər İraqın, istərsə də Suriyanın şimalında fəaliyyət göstərən terror qruplaşmalarına (PYD/PKK) dəstək verməsi yeni bir hadisə deyil.
ABŞ-ın Yaxın Şərq siyasətində həmin terrorçular son dərəcə önəmli rol oynayır. Çünki onlar dəfələrlə həmin terror qruplaşmalarından müxtəlif məqsədlərə çatmaq üçün istifadə edib və bundan sonra da edəcək. Ötən il isə mediada ABŞ-ın PKK-ya 60 TIR-lıq hərbi dəstək göndərməsi ilə bağlı görüntü və məlumat yayılmışdı.