“Ələt 200 min nəfərlik şəhərə çevriləcək” - Dövlət Layihə İnstitutunun direktoru

  • By admin
  • 22 Dekabr 2016 11:43

alat-2

“Ələt qəsəbəsinin gələcək perspektivdə 200 min nəfər əhalisi olan şəhərə çevrilməsi nəzərdə tutulub”. Gununsesi.info “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.
İ. İsbatovun sözlərinə görə, Bakıda urbanizasiya prosesi sürətlənib: “Dünya təcrübəsində olduğu kimi, bizdə də müvafiq tənzimləmə tədbirləri, şəhərsalma üsulları var və biz də onlardan istifadə etmişik. İlk növbədə biz ağırlığın müəyyən hissəsini Ələt qəsəbəsinə köçürülməsini nəzərdə tutmuşuq. Ələtin gələcək perspektivdə 200 min nəfərlik şəhərə çevrilməsi nəzərdə tutulub”.

Gununsesi.info