
Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar. Hazırda onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.