Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xəstələr bunlardır:
1. 1964-cü il təvəllüdlü İbadullayeva Zabitə Kərimulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini.
2. 1972-ci il təvəllüdlü Qəmbərov Yadigar Heybət oğlu, Masallı rayonunun Qarğalıq kənd sakini.
3. 1978-ci il təvəllüdlü Cəfərova İlhamə Şücayət qızı, Masallı rayonunun Qarğalıq kənd sakini.
4. 1961-ci il təvəllüdlü Vəliyeva Həlimə İbadulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini.
5. 1990-cu il təvəllüdlü Orucova Tutu Məcnun qızı, Masallı rayonunun Qarğalıq kənd sakini.
6. 1987-ci il təvəllüdlü Əliyev Tofiq İdris oğlu, Masallı rayonu Əhmədli kəndi.
Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir
Gununsesi.info xəbər verir ki, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, “Mercedes” və “Hundai” markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən “Hundai” markalı avtomobil yolun kənarına aşıb.
İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.