
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı zamanı 14 türk əsgəri şəhid olub, 33-ü isə yaralanıb. Yaralı əsgərlərdən 18-nin vəziyyəti ağırdır. Ümumiyyətlə, 120 gündür ki, davam edən əməliyyatlar nəticəsində toplam 35 türk əsgəri şəhid olub. Bununla yanaşı, İŞİD-ə məxsus bomba ilə yüklənmiş hərbi maşın türk hərbi təyyarələri tərəfindən məhv edilib. Onu da qeyd edək ki, Əl bab qəsəbəsi İŞİD-in qalası kimi tanınan Rakka və Hələb ərazilərinə giriş nöqtəsi olduğundan mühüm strateji əhəmiyyətə malikdir.
Nigar Cəfərli
Gununsesi.info