Türkiyə ordusunun “Fərat Qalxanı” çərçivəsində Suriyanın Əl Bab şəhərində apardığı əməliyyatları zamanı 1 əsgər şəhid olub, 1-i isə yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Qeyd edək ki, İŞİD terrorçuları hazırda sözügedən şəhərdə mühasirədədir.
Gununsesi.info