“Əl-Nusra Cəbhəsi” “iki” nömrəli adamı öldürüldü

  • By admin
  • 05 Oktyabr 2016 16:50

lider

Əl-Qaidə” terror təşkilatına bağlı “Əl-Nusra Cəbhəsi”nin “iki” nömrəli adamı Misirli Əbu əl-Fərəc əl-Məsri öldürülüb.

Gununsesi.info “Dunya” qəzetinə istinadən xəbər verir ki, “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zavahrinin ən yaxın silahdaşı “Əl-Nusra Cəbhəsi”nin qurucularından olan Əbu əl-Fərəc əl-Məsrinin bazar ertəsi axşam saatlarında Suriyanın Cisur Sug şəhəri yaxınlığında hava hücumu zamanı məhv edilib. Hadisə zaman Əbu əl-Fərəc əl-Məsrinin cangüdənləri isə ağır yaralanıb.

Qeyd edək ki, “Əl-Nusra Cəbhəsi” Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan ən güclü və radikal silahlı qruplaşmalardan sayılır.

Anar
Gununsesi.info