ABŞ HHQ Əfqanıstanın Paktika əyalətinə endirdiyi hava zərbəsi nəticəsində 2 ABŞ hərbçisinin ölümünə səbəb olan əl-Qaidə lideri Kari Yasin məhv edilib.
Trend-in məlumatına görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis deyib.
“Kari Yasinin ölümü göstərir ki, İslamı ləkələmək istəyən və günahsız insanları qurban kimi seçən terrorçular ədalətdən qaça bilməyəcəklər”, – C. Mettis deyib.
Məlumatda qeyd olunur ki, K. Yasin həmçinin onlarla insanın ölümünə səbəb olan 2008-ci ildə İslamabadda otelin partladılmasındada iştirak edib.
Gununsesi.info