Yəmən hərbçiləri ölkənin cənubundakı Lahıc əyalətində “Əl-Qaidə” Terror Təşkilatının liderlərindən biri Əbu Əli əl-Lahıc ləqəbli Ammar Kaidi məhv ediblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yəmən ordusunun generalı Saleh Es-Səyyid faktı təsdiqləyib. O bildirib ki, Ammar Kaid Deba kəndində yaşadığı evinə təşkil edilən basqın zamanı öldürülüb.
Qeyd edək ki, son aylarda Yəmən ordusunun “Əl-Qaidə”yə qarşı əməliyyatlarının sayı artıb.
Anar
Gununsesi.info