“Əl Qaidə”nin ən önəmli adamlarından biri məhv edildi

  • By admin
  • 02 Mart 2017 21:54

el qaida

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya “Əl Qaidə” terror qruplaşmasının “iki nömrəli” şəxsini məhv edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, “Əl Qaidə” pilotsuz təyyarənin avtomobilə endirdiyi zərbə nəticəsində Əbu əl-Hayr əl-Məsrinin öldüyünü təsdiqləyib.

Hadisə fevralın 26-da Suriyada baş verib. Əbu əl-Hayr əl-Məsri başçı Ayman əl-Zəvahiridən sonra “Əl Qaidə”də ikinci adam olub.

Gununsesi.info