“Əl-Qaidə” Yəmən xüsusi təyinatlılarının rəhbərinin həyatına qəsd edib

“Əl-Qaidə” terror təşkilatının silahlıları Yəmən xüsusi təyinatlılarının komandanı, general Fadl Baaşa sui-qəsd cəhdi ediblər.

Gununsesi.info verir ki, Baaşın avtomobili minalanıb, lakin general xilas ola bilib.

Qeyd edək ki, hadisənin digər təfərrüatı dəqiqləşdirilir.