
Səudiyyə Ərəbistanında korrupsiya hərəkətlərinə görə təqsirli bilinərək həbs edilən şahzadə, milyarder Əl-Validin atası “Qırmızı şahzadə” ləqəbli Talal bin Abduləziz oğlunun həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.
Gununsesi.info “Middle East Eye”ə istinadən xəbər verir ki, Talal ibn Abduləziz əl-Valid və digər iki oğlunun vəliəhd Mühəmməd bin Salman tərəfindən həbsinə etiraz edir.
Bu barədə kral ailəsinə yaxın mənbələr məlumat verib. Bildirilib ki, 86 yaşlı Talal kral Salmanın ögey qardaşıdır. Aclıq aksiyası keçirən Talal bir ay ərzində 10 kq arıqlayıb.
Ötən həftədən etibarən qidalanması üçün ona trubka qoyulub. Çünki o indi həddən artıq zəifləyib. Səhhətinin ağırlaşması nəticəsində Talal xəstəxanaya yerləşdirilib.
Talalı ziyarət edən şəxslərdən biri deyib ki, o nümayişkəranə olaraq aclıq aksiyasını elan etməyib. Hətta kral Salman onu noyabrın sonlarında xəstəxanada ziyarət edərək, bacıları Madavinin rəhmətə getməsi ilə bağlı qardaşına başsağlığı verib.
Kral Salmanın onu ziyarət etməsinə baxmayaraq, Talal həbsdə olan oğlanları barədə söhbət etməyib.
Talal ibn Abduləziz əl-Səud Sud kralı Abduləzizin birinci oğludur. Talal ibn Abduləziz daha çox “Qırmızı şahzadə” kimi tanınır. Talal Səud dinastiyasında digərlərindən daha çox liberal baxışları ilə tanınır. Talal 1958-1964-cü illərdə “Azad əmirlər” liberal hərəkatına başçılıq edib.
Gununsesi.info