“Əlaqələrimiz qarmaqarışıq bir vəziyyətdədir” - ANGELA MERKEL

  • By admin
  • 29 Avqust 2017 14:06

Angela Merkell

“Türkiyə ilə daha yaxşı əlaqələr qurmağı arzu edirik”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikri Almaniya kansleri Angela Merkel bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

A.Merkel bildirib ki, əlaqələrimiz qarmaqarışıq bir vəziyyətdədir, Türkiyə ilə daha yaxşı əlaqələr qurmağı arzu edirik.

Bundan başqa, kansler türkəsilli alman vətəndaşı, “Die Welt” qəzetinin müxbiri Dəniz Yucelin azadlığa buraxılması üçün gərəkən bütün imkanlardan istifadə olunduğunu da söyləyib.

Qeyd edək ki, Dəniz Yucelin fevralın ortalarında “terrorçu təbliğatı aparmaqda və hökuməti sarsıtmaqda” ittihamı ilə Türkiyədə həbs edilməsi iki ölkəni üz-üzə qoyub.

Anar

Gununsesi.info