“Əlcəzirə”dən İsrailə:

  • By admin
  • 07 Avqust 2017 19:00

el-cezire
İsrailin ittihamları həqiqətə uyğun deyil.

Axar.az xəbər verir ki, bu barədə “Əlcərizə”nin Qüds nümayəndəliyinin bağlanılmasına etiraz olaraq yaydığı bəyanatda deyilib.

Məlumatda bildirilib ki, telekanal Fələstinlə bağlı xəbərlərini əvvəlki qaydada davam etdirəcək:

“Yaxın Şərqdə tək demokratik dövlət olduğunu iddia edən belə bir dövlətin verdiyi qərarı qınayırıq. İsrail Rabitə Nazirliyinin Qüds ofisimizin bağlanılması ilə bağlı göstərdiyi əsaslar, ərəb ölkələrinin ittimahları ilə eynidir. Mətbuat konfransı keçirən nazir nümayəndəliyin bağlanılması ilə bağlı heç bir sübut göstərə bilməmişdir”.

Qeyd edək ki, Körfəz böhranından sonra İsrail hökuməti “Əl-Cəzirə”ni qərəzli informasiya yaymaqda günahlandıraraq Qüds ofisinin bağlanılması barədə qərar vermişdi.

Gununsesi.info