
“XX əsrin son oniliyində Azərbaycanın iqtisadi tənəzzülün qarşısının alınması və gələcək inkişafının təmin edilməsi ümumilli lider Heydər Əliyevin uğurlu iqtisadi strategiyasının nəticəsi idi”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov YAP tərəfindən təşkil olunan “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfransda çıxışı zaman deyib.
Ə.Əhmədov bildirib ki, eyni fikirləri Azərbaycanın XXI əsrdə iqtisadi inkişafı haqqında da demək olar: “Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətli və dinamik inkişaf edən iqtisadiyadına çevrildi və illər boyu bu statusu qoruyub saxladı. İllər boyu bu birinciliyin qorunub saxlanması xalqımızın qürur mənbəyidir. Azərbaycan bununla dünyaya öz qüdrətini sübut edə bildi”.
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan yeni inkişaf astamasnda dayanır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar yeni yüksəlişlərə təkan verəcək. Azərbaycanın yeni islahatlar konsepsiyası işlənib hazılanmışdır və bu konsepsiyasının həyata keçirilməsi Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinə qalxmasına imkan verəcək və ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi inkişafa nail olacaq”.
Mürtəza
Gununsesi.info