Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının sədr müavini–icra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüşüb.
Gununsesi.info-ya xəbər verir ki, mətbuat konfransında Ə.Əhmədov prezident seçkilərinə hazırlıq prosesindən bəhs edib.
Ə.Əhmədov qeyd edib ki, ötən illər ərzində ölkədə gedən sürətli sosial-iqtisadi inkişaf, əhalinin rifah halının yüksəlməsi, paytaxt və regionların simasının xeyli dəyişməsi və digər amillər sayəsində YAP-ın namizədi olan İlham Əliyevə böyük ictimai dəstək var, həmçinin, yerli və beynəlxalq təşkilatların seçkiöncəsi apardığı rəy sorğularının nəticələri İ. Əliyevin seçkilərdə yüksək səs çoxluğu ilə qalib gəlmək ehtimalını bir daha təsdiqləyir.
Ə. Əhmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Gununsesi.info