Əli Əliyev əfv edildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Gununsesi.info xəbər verir ki, sərəncama əsasən, həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də əfv edilib.

Qeyd edək ki, Əli Əliyev siyasi məhbus kimi beynəlxalq insan haqları təşkilatlarının hesabatlarına daxil edilmişdi.

O, ifadə azadlığına görə həbs edilsə də sonrada həbsxana yoldaşını döymək iddiası ilə əlavə cəza alıb.