Əli Əsədov Rusiya baş nazirinə başsağlığı verdi

  • By admin
  • 07 İyul 2021 12:03

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, Baş nazir Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.