Əli Əsədov türkiyəli nazirlə görüşdü

  • By admin
  • 22 Dekabr 2021 16:38

Baş nazir Əli Əsədov dekabrın 22-də Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşüb.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətindən sayta bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Cari ilin fevralında Ankarada keçirilmiş İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclasında əldə olunmuş razılıqların iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından vacibliyi qeyd olunub.

HTML tutorial

Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunularaq, birgə həyata keçirilən transmilli layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb.

Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində aparılacaq müzakirələrin və imzalanacaq sənədlərin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Gununsesi.info